Haqqımızda

reception

SİZİ “7GÜL”  ŞİRKƏTİNİN ONLINE-MAĞAZASINDA SALAMLAMAQDAN MƏMNUNUQ

 

“7GÜL” əmtəə nişanına məxsus geniş və zövqlü salon 2012 -ci ildən möhtəşəm şəhərimizin tam mərkəzində, Puşkin küçəsi 10 -da fəaliyyət göstərməyə başlamışdır. Daha sonra daimi və yeni müştərilərimizin rahatlığı üçün “7gul.az” onlayn mağazası yaradılmış və bu onlayn mağaza Bakıda və Azərbaycanda güllərin və hədiyyələrin onlayn satışını həyata keçirən ilk mağazalardan olmuşdur.

Fəaliyyət göstərdiyimiz bu müddət ərzində öz sahəmizdə dünyanın qabaqcıl istehsalçıları ilə tərəfdaşlıq əlaqələri quraraq, yüksək keyfiyyətli məhsulları rəqabətli qiymətlərlə təklif etmək imkanına malik olmuşuq. Cənubi Amerika, Afrika və Avropanın ən böyük çiçək tədarükçüləri ilə birbaşa əməkdaşlıq edərək - Hollandiya, Ekvador, Keniya kimi ölkələrdən həftəlik tədarük  almaq bizi geniş və təravətli çiçək seçimi ilə rəqiblərimizdən daha üstün edir.

Həm populyar, həm də nadir, ekzotik çiçəklərin geniş seçimi, eləcə də floristlərimizin təcrübəsi və peşəkarlığı bizə istənilən mövzuya uyğun orijinal, yaradıcı və eksklüziv buketləri yaratmağa imkan verir.

Müştərilərimizin sifarişlərini daim daha təravətli güllərdən hazırlamaq üçün güllərin daşınması və saxlanması zamanı xüsusi  temperatur və professional baxım qaydalarına ciddi əməl edirik.

“7GÜL”-ü seçərkən siz mütləq aşağıdakəlarla qarşılaşacaqsız:

• Hər bir müştəriyə fərdi yanaşma

• Həmişə təravətli çiçəklər

• Əlverişli qiymətə şık buketlər və kompozisiyalar

• Müxtəlif çeşid, nadir və ekzotik çiçəklərin olması

• Yüksək zövqə və yaradıcılığa malik, bacarıqlarını daim təkmilləşdirən floristlər

• Çiçəklərin vaxtında çatdırılması

• Müştərilər üçün “Loyallıq proqramı”

 

Sifarişi veb saytımızda və ya +994 55 397 00 77 nömrəli telefonla edə bilərsiniz. Sizi Bakı şəhəri, Puşkin küçəsi 10 ünvanında yerləşən salonumuzda görməkdən məmnun olarıq.